Bitkoinin dəyəri 100 min dollardan aşağı düşdü – 55 gündən sonra


“Binance” platformasının məlumatlarına görə, bitkoinin qiyməti 8 may 2025-ci ildən bəri ilk dəfə ticarət zamanı 100 min dollardan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, Bakı vaxtı ilə saat 18:21-ə olan məlumata görə, bitkoin 3,5% ucuzlaşaraq 99 min 975 min dollar olub.
Təxminən 4 dəqiqə sonra, Bakı vaxtı ilə saat 18:25-də isə bitkoinin ucuzlaşması sürətlənib və dəyəri 99 min 582 dollar (-3,8%) səviyyəsində olub.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top