
“Transfermarkt” portalı hazırda dünyanın ən bahalı futbolçularının simvolik komandasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, komandanın və aktiv futbolçuların ən bahalı oyunçu 200 milyon avro ilə “Barselona”nın və İspaniya millisinin 17 yaşlı vingeri Lamin Yamaldır.
Sözügedən simvolik komandanı təqdim edirik:
Qapıçı: Dioqo Kosta (“Porto”) – 40 milyon avro.
Müdafiəçilər: Pau Kubarsi (“Barselona”) – 80 milyon avro, Alessandro Bastoni (“İnter”) – 80 milyon avro, Uilyam Saliba (“Arsenal”) – 80 milyon avro.
Yarımmüdafiəçilər: Federiko Valverde (“Real Madrid”) – 130 milyon avro, Pedri (“Barselona”) – 140 milyon avro, Cud Bellinqem (“Real Madrid”) – 180 milyon avro, Lamin Yamal (“Barselona”) – 200 milyon avro, Vinisius Junior (“Real Madrid”) – 170 milyon avro.
Hücumçular: Kilian Mbappe (“Real Madrid”) – 180 milyon avro, Erlinq Holan (“Mançester Siti”) – 180 milyon avro.