Azərbaycan XİN-dən ABŞ-nin İrana hücumuna – Reaksiya


Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bəyanat Nazirliyin rəsmi saytında dərc olunub.
“Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”, - bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top