“Tramp öz adını tarixə qızıl hərflərlə yazdırdı” – Gideon Saar


İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinə endirdiyi zərbələri yüksək qiymətləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.
Nazir bildirib ki, Tramp bu qərarı ilə “tarix kitablarına adını qızıl hərflərlə yazdırıb”.
Gideon Saar əlavə edib ki, ABŞ lideri İranın Fordo, Natanz və İsfahandakı obyektlərini vurmaqla “azad dünyanın əsl lideri” olduğunu bir daha sübut edib.
Xatırladaq ki, prezident Tramp iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin İranın əsas nüvə obyektlərinə zərbə endirdiyini elan edib. Onun sözlərinə görə, əməliyyatın əsas hədəfi kimi göstərilən Fordoya “tam dolu bomba” atılıb.
Trampın qərarı beynəlxalq aləmdə geniş rezonans doğurub və regionda vəziyyətin daha da gərginləşəcəyi ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top