
Bu yay “Qarabağ” klubundan ayrılan Patrik Andradenin gələcək karyerası artıq dəqiqləşib.
Yeniavaz.com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yoluna “Araz-Naxçıvan” komandasında davam edəcək.
Məsələ ilə bağlı Naxçıvan təmsilçisi rəsmi açıqlama yayıb.
Futbolçu ilə ilkin olaraq bir il müddətinə, əlavə bir illik uzadılma imkanı nəzərdə tutulan müqavilə bağlanıb.