
Bu səhər İran tərəfindən İsrailə endirilən raket zərbələri nəticəsində azı 16 nəfər yaralanıb.
Yeniavaz.com “Times of Israel”ə istinadən xəbər verir ki, 30 yaşlı bir kişi orta dərəcəli qəlpə yaraları alıb, digər 15 nəfər isə yüngül xəsarətlərlə xəstəxanalara yerləşdirilib və ya hadisə yerində ilkin tibbi yardım göstərilib.
İranın raket hücumundan əvvəl İsrailin müxtəlif bölgələrində hava hücumu siqnalı səslənib. Raketlərin bəziləri İsrailin mərkəzinə, o cümlədən Hayfa şəhərinə düşüb. Yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri ərazidə araşdırmaları davam etdirir.