
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının təcili toplantısının çağırılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir.
Qeyd edilir ki, MAQATE və onun baş direktoru Rafael Qrossi "müharibə edən tərəfin xeyrinə açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək" baş verən hadisələrə dolayısı ilə haqq qazandırır və bununla da "sonrakı fəlakətlər üçün zəmin yaradır".
“Biz MAQATE Rəhbərlər Şurasını fövqəladə iclas keçirməyə və ABŞ-nin sülhməramlı hücumu ilə bağlı öz qanuni öhdəliklərini yerinə yetirməyə çağırırıq. İran bütün nüvə obyektlərini ciddi nəzarət altında saxlayır və Qorunma Müqaviləsinə uyğun şəkildə fəaliyyət göstərir”, – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-nə keçən gecə İranın üç əsas nüvə obyektinə uğurlu zərbələrin endirildiyini elan edib. İran isə bu hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirir və məsələnin qlobal səviyyədə araşdırılmasını tələb edir.