
NASA-nın müşahidə sistemləri Fordo yaxınlığında zərbələrdən təxminən 30 dəqiqə əvvəl güclü istilik artımı qeydə alıb.
Yeniavaz.com “The New York Times”a istinadən xəbər verir ki, belə istilik siqnalları adətən böyük yanğınlar və ya partlayışlar zamanı müşahidə olunur.
Maraqlısı budur ki, son bir ay ərzində həmin ərazidə sənaye emissiyası və ya təbii yanğınlar qeydə alınmayıb.
Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.