Trampın xüsusi nümayəndəsi Minskdə Lukaşenko ilə görüşdü


Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarusun “Belta” dövlət agentliyi məlumat yayıb.
“Cənab general, sizinlə görüşməyimə çox şadam. Həqiqətən ümid edirəm ki, söhbətimiz çox səmimi və açıq olacaq. Əks halda, görüşün nə mənası var? Bir-birimizin qarşısında hiyləgər olsaq, nəticə əldə etməyəcəyik”.
“Biz çox təhlükəli bir dövrdə yaşayırıq, əgər biz müdrik və ədalətli olmasaq, üzləşdiyimiz böhranlar kəskin şəkildə arta, böyüyə biləcək”, - Kelloq dedi.
“Cənab general, mən sizə söz verirəm ki, siz Belarus ərazisində tam təhlükəsiz olacaqsınız və bu müddət ərzində nəinki Belarusda, hətta ətrafımızda heç bir eskalasiya olmayacaq”, - Lukaşenko cavab verib.
Danışıqların təfərrüatları açıqlanmayıb.
“Reuters”in məlumatına görə, Kelloq bu səfəri Rusiya və Ukrayna arasında son vaxtlar dalana dirənmiş sülh danışıqlarının yenidən başlaması üçün potensial imkan kimi qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top