
“Mançester Sit”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı alman futbolçu “Qalatasaray”a keçməyə razılaşıb.
Nəşrin yazdığına görə, tərəflər artıq müqavilənin şərtləri ilə bağlı ilkin razılığa gəliblər, lakin sövdələşmə hələ yekunlaşmayıb.
Gündoğanın transferdən əvvəl “Qalatasaray”ın baş məşqçisi Okan Burukla şəxsi görüşü olacaq.
Qeyd edək ki, Gündoğan hazırda klublararası dünya çempionatında iştirak edir. Onun İngiltərə komandası ilə hazırkı müqaviləsinin bitməsinə bir il qalır.
İngilis klubunun İlkay ayrılmaq istəyəcəyi təqdirdə təcrübəli futbolçuya transferdə kömək edəcəyi gözlənilir.