Mbappe meydana nə vaxt qayıdacaq?


“Real Madrid”in hücumçusu Kilian Mbappe böyük ehtimalla “ağ-qaralar”ın heyətinə klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda qayıdacaq.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Serxio Kirante “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Belə ki, iyunun 27-də baş tutacaq bu oyunda “Real Madrid” “Red Bull Zalsburq”a qarşı oynayacaq.
Qeyd edək ki, iyunun 19-da, cümə axşamı fransız futbolçu kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həmin gün axşam saatlarında futbolçu komandanın düşərgəsinə qayıtmışdı.

DİGƏR XƏBƏRLƏR

Top