
İranda daha bir nüvə alimi İsrailin hücumu nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyinə istinadla “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Məlumata görə, nüvə sahəsində tanınmış alimlərdən Seyyid İsar Təbətəbai Qumşeh yaşadığı evdə öldürülüb.
Hücum zamanı alimin həyat yoldaşı Mənsurə Hacı Səlim də həlak olub.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Hadisə İsrail ordusunun İranın müxtəlif ərazilərinə intensiv hava hücumları zamanı baş verib.