Paşinyan Ərdoğanı Ermənistana dəvət etməyə hazırlaşır


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Pr0ezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Mən bu səfərə görə Türkiyə Prezidentinə minnətdarlığımı bildirməyə hazırlaşıram. Mən də onu 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət etməyə hazırlaşıram. Tarix hələ i, müəyyənləşməyib. Bu tədbir Ermənistanda, o cümlədən Türkiyənin vasitəçiliyi ilə keçiriləcək. Yəni ümid edirəm ki, növbəti görüşümüz gələn il Ermənistanda baş tutacaq”, - Paşinyan qeyd edib.
Hazırkı səfərlə bağlı danışan Paşinyan qeyd edib ki, bu səfərdən həddindən artıq gözləntilər olmamalıdır. O, ilk dəfə belə formatda keçirilən görüşün faktının özünü müsbət hal adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top