
İran hərbçiləri Hayfada İsrail Daxili İşlər Nazirliyinin binasını vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məıumat yayıb.
Məlumata görə, hücum İsrailin iyunun 18-də Tehranda təhlükəsizlik binasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.
Digər tərəfdən, Hayfanın əsas limanı yaxınlığındakı binalar İranın raket hücumu nəticəsində zədələnib.