
Bu gün saat 06:42:11-də Azərbaycana Yay fəsli (Yay Günəş duruşu) daxil olub.
Yeniavaz.com Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadla xəbər verir ki, Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib.
Nəticədə, Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək.
Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu isə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.