
Futbol üzrə Almaniya milli komandasının yarımmüdafiəçisi Florian Virts Almaniyanın “Bayer” klubundan İngiltərənin “Liverpul” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
Jurnalist Florian Plettenberqin sözlərinə görə, bu müqavilə “Liverpul”a 130-135 milyon avroya başa gəlib.
Virtsin transferi “Liverpool” və İngiltərə futbolu tarixində ən bahalı transfer olub. Əvvəlki klub rekordu 2022-ci ilin yayından, komandanın siyahısına uruqvaylı hücumçu Darvin Nunesin qoşulduğu vaxtdan bəri qeydə alınıb.
“Transfermarkt” portalının məlumatına görə, “Liverpul” futbolçu üçün 85 milyon avro ödəyib.
Xatırladaq ki, İngiltərə futbolu üçün rekord transfer argentinalı yarımmüdafiəçi Enzo Fernandezin 2023-cü ilin qışında 121 milyon avroya “Çelsi”yə transferi olub.