Ərdoğanla Paşinyan hansı məsələləri müzakirə etdi?


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin Rabitə Nazirliyi görüşün detallarını açıqlayıb.
Belə ki, görüşdə Cənubi Qafqazda sülh və dialoq prosesi və regionla bağlı cari hadisələr, xüsusilə Türkiyə ilə Ermənistan arasındakı təmaslar müzakirə edilib:
“Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin bölgənin “qazan-qazan” anlayışı ilə inkişafı məqsədi ilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.
Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib.
Prezident Ərdoğan bildirib ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün bütün diplomatiya vasitələrindən istifadə edir və İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirir”.

DİGƏR XƏBƏRLƏR

Top