Günəşdə güclü partlayış baş verdi


Günəşdə güclü partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Moskva vaxtı ilə saat 02:50-də (Bakı vaxtı ilə 03:50 - red.) regionda ən yüksək maqnitudalı partlayış qeydə alınıb ki, bu da qəbul edilmiş beynəlxalq təsnifata görə X1,9 səviyyəsində müəyyən edilib”, - məlumatda deyilir.
Nəşr vurğulayır ki, bu hadisə 14 may (X2.7) və 23 fevral (X2.0) partlayışlarından sonra güc baxımından üçüncüdür. Alimlər qeyd ediblər ki, Yerə təsir praktiki olaraq istisna edilir, lakin daha ətraflı riyazi modellərin təhlili daha sonra aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top