“Azərbaycan ordusu qeyd olunan istiqamətdə atəş açmayıb”


Bu gün, iyunun 20-də Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb ki, guya saat 08:00-dan 09:00-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın Sünik rayonu (Zəngəzur - red.) ərazisində yerləşən Nerkin Xand kəndi istiqamətində atəş açıb.
Yeniavaz.com
xəbər verir ki, erməni tərəfinin məlumatına görə, atəş nəticəsində yaşayış binasına ziyan dəyib.
Caliber.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, deyilənlər həqiqətə uyğun deyil.
“Azərbaycan ordusunun bölmələri qeyd olunan istiqamətdə atəş açmayıb, Ermənistan tərəfinin verdiyi bəyanatlar isə uydurmadır və reallığa uyğun gəlmir”, - nəşr yazır.
Mənbə qeyd edib ki, İrəvanın bu cür ittihamları həm erməni, həm də beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top