
İran İsrailə növbəti raket hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, əvvəlki raket zərbəsi bu gün – iyunun 20-də səhər saatlarında baş verib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hücumlar həyata keçiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində tələfat və itkilər barədə məlumat verib və bir sıra hədəflərin vurulduğunu etiraf edib. Hazırda qarşılıqlı zərbələr davam edir.