Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi oldu


Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Silahlı Qüvvələrindən bir qrup hərbçi Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarılıb.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrindən bir qrup hərbçi Ukraynaya təhvil verilib.
Qeyd olunur ki, mübadilə iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq həyata  keçirilib.
Xatərladaq ki, bu, iyunun 2-də İstanbulda əldə olunmuş razılaşmalar çərçivəsində beşinci mübadilədir.
Rus və ukraynalı hərbi əsirlərin mübadiləsinin birinci mərhələsi iyunun 9-da baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top