
İranın hüquq-mühafizə orqanları iyunun 13-dən Həmədan vilayətində 30 nəfəri saxlayıb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə polis idarəsinin rəisi Cəlal Cəfəri məlumat yayıb.
İdarə rəisinin sözlərinə görə, onlar İsrail kəşfiyyat xidməti “Mossad”la əlaqədə şübhəli bilinirlər.
Cəfəri əlavə edib ki, onlardan ən azı 14-ü sosial şəbəkələrdə mesajlar yerləşdirərək, ictimai iğtişaş yaratmağa çalışıb, bəziləri şübhəli şəkildə hərbi obyektlərin yaxınlığında gəzib, digərləri isə yanğınlar törədib.