Paşinyan İstanbuldadır – Video + Yenilənib


Ermənistanın Baş naziri Türkiyənin İstanbul şəhərinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, onu İstanbul Beynəlxalq Hava Limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasarayan bildirib ki, axşam saatlarında Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan arasında görüş planlaşıdırılıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatı Paşinyanın paytaxt Ankaraya səfər edəcəyini yazmışdı.


***12:13
Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya geniş tərkibli nümayəndə heyəti ilə səfər edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müzakirələrin aparılması nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan və digər rəsmi şəxslər yer alıblar.
Səfərin gündəliyinə dair hələlik rəsmi açıqlama verilməsə də, ekspertlər bu səfərin regionda diplomatik fəallığın artdığı bir dönəmdə baş tutmasının təsadüfi olmadığını bildirirlər. Gözləntilərə görə, Ankarada keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması və regional əməkdaşlıq məsələləri müzakirə edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top