İran “Microsoft”un binasını vurdu – Video


İranın Beer-Şeva şəhərinə hücumu zamanı raket zərbələrindən biri burada yerləşən “Microsoft”a məxsus binaya tuş gəlib.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə binadan tüstünün qalxmasını əks etdirən kadrlar yayılıb.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Beer-Şeva şəhərinə hücumu zamanı azı 30 nəfər yaralanıb.
Bildirilir ki, hücum nəticəsində binalara və avtomobillərə ziyan dəyib.
“Hücumun ilkin hədəfi “CyberSpark” ərazisi və “Microsoft”a məxsus bina olub”, - telekanalın məlumatında deyilir.
İran mənbələri isə Beer-Şevada fəaliyyət göstərən “Microsoft” ofisinin İsrail Ordusuna kibertəhlükəsizlik xidmətləri göstərdiyini bildirir.

DİGƏR XƏBƏRLƏR

Top