İsrail 60-dan çox qırıcı ilə Tehrana zərbələr endirib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi Tehranda onlarla hərbi obyektə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İranın Tehran bölgəsində bir neçə raket istehsalı obyekti gecə ərzində hücuma məruz qalıb”, - məlumatda deyilir.
Mətbuat xidməti hücuma məruz qalan obyektlər arasında raket komponentləri istehsal edən hərbi sənaye obyektlərinin olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top