
Aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yarandığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə manset.az məlumat yayıb.
Bildirilib ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb:
“O, təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir”.
Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.