
BMT Təhlükəsizlik Şurası cümə günü, iyunun 20-də iki iclas keçirəcək: biri İran və İsrail arasında gərginliyin artması, digəri isə Ukraynadakı vəziyyətlə bağlı.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına iyunda sədrlik edən Qayananın BMT yanında Daimi Nümayəndəliyi jurnalistlərə bildirib.
“İranın tələbi ilə bağlı sessiya cümə günü səhər saat 10:00-da (Bakı vaxtı ilə 18:00), Ukrayna üzrə sessiya isə 15:00-da (Moskva vaxtı ilə 23:00) keçiriləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, sonuncu dəfə Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə sessiyası iyunun 13-də, İsrailin İranın nüvə proqramına qarşı yönəlmiş “Aslan qalxması” əməliyyatına başladığı gün toplaşıb.