Azərbaycana ən çox bu ölkələrdən pul göndərilib – Siyahı


Bu ilin ilk 3 ayı ərzində fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 229 milyon 494 min dollar pul göndərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən göndərilən pulun miqdarı 22% və ya 65 milyon dollar azalıb.
Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Üç ay ərzində xaricdən köçürülən pulların 37,3%-i (85,65 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya –  85,65 milyon dollar (ümumi pulların 37,3%-i);
Türkiyə – 39,6 milyon dollar (17,2%);
ABŞ – 23,27 milyon dollar (10,1%);
Böyük Britaniya – 8,75 milyon dollar (3,8%);
Birləşmiş Ərəb Əmirlikləri – 7,76 milyon dollar (2,4%);
Gürcüstan – 6,7 milyon dollar (2,9%);
Səudiyyə Ərəbistanı – 5,95 milyon dollar (2,6%);
Fransa – 5,75 milyon dollar (2,5%);
Qazaxıstan – 5,2 milyon dollar (2,3%);
Almaniya – 4,66 milyon dollar (2%);
Qətər – 4,46 milyon dollar (1,9%);
İrlandiya – 3,1 milyon dollar (1,4%);
İsveçrə – 2,8 milyon dollar (1,2%);
Özbəkistan – 2,4 milyon dollar (1%);


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top