Macarıstan İrandakı səfirliyini Azərbaycana köçürdü


Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Azərbaycana köçürüb.
Yeniavaz.com
“Daily news Hungary” portalına istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.  
Onun sözlərinə görə, İranda olan və yardım tələb edən bütün macarların Azərbaycana keçirilməsi təmin edilib.
Siyarto İran və İsrail arasında müharibə ətrafında münaqişə zonasının genişlənməkdə davam etdiyini və İranda təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər Tehran səfirliyinin yerli fəaliyyətini dayandırdığını bildirib.
O, Tehrandakı səfirlikdə işləyən bütün diplomatlara və onların ailələrinə ölkəni tərk etmələri barədə göstəriş verdiyini və əməkdaşlar və ailələri də daxil olmaqla, ümumilikdə 15 nəfərin Azərbaycana keçirildiyini qeyd edib.
Macarıstan XİN rəhbəri onların səfirliyin tapşırıqlarını müvəqqəti olaraq Bakıdan yerinə yetirəcəklərini əlavə edib. 
Digər tərəfdən, Siyarto Yaxın Şərqdə döyüşlərin şiddətlənməsi fonunda macarların təxliyyəsinin hərtərəfli planlaşdırma tələb edən mürəkkəb əməliyyat olduğunu və hələ də ərazidə olan macarların təxliyəsinin davam etdirildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top