Bu il Azərbaycanda qoyunların sayı cüzi artıb


Bu ilin may ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 6 milyon 920 min baş qoyun və keçi olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qoyun və keçilərin sayı son bir ildə 4% və ya 286 min baş azalıb. Belə ki, 2024-ci ilin may ayının əvvəlində ölkədə 7 milyon 206 min baş qoyun və keçi olub.
Qeyd edək ki, bu ilin yanvar ayı ilə müqayisədə isə qoyun və keçilərin sayında cüzi artım olub. Belə ki, yanvar ayında ölkədə 6 milyon 896,5 min baş qoyun və keçi olub. İlin əvvəlindən ötən dövr ərzində qoyun və keçilərin sayı cəmi 0,3%  və ya 23,5 min baş artıb.
Onu da bildirək ki, son 5 ildə qoyun və keçilərin sayında daha kəskin azalma qeydə alınıb. 2021-cu ilin may ayının əvvəli ilə müqayisədə qoyun və keçilərin sayı 16,4 və ya 1 milyon 359,2 min baş azalıb.
Son 5 ilin aprel aylarında qeydə alınan qoyun və keçilərin sayı belə olub:
- 2021-ci ilin aprel ayında - 8 milyon 279,2 min baş;
- 2022-ci ilin aprel ayında - 8 milyon 168,8 min baş;
- 2023-cü ilin aprel ayında - 7 milyon 751,7 min baş;
- 2024-ci ilin aprel ayında - 7 milyon 206 min baş;
- 2025-ci ilin aprel ayında - 6 milyon 920 min baş.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top