Tramp İrana hücum planını təsdiqləyib – Əmri gözlədir


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, İrana hücum planını təsdiqləyib, lakin Tehranın nüvə proqramından əl çəkəcəyinə ümid etdiyi üçün onun həyata keçirilməsi üçün hələ əmr verməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadla “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Amerika lideri hesab edir ki, ABŞ-nin İranı İsrailin İran ərazisindəki zərbələrinə qoşulmaqla hədələməsi Tehranı Trampın şərtləri ilə razılaşmağa məcbur edə biləcək.
Adı açıqlanmayan Ağ Ev rəsmisi deyib ki, Tramp İsrailin hərbi əməliyyatının gedişatını izləməyə davam edir və ABŞ üçün bir neçə variantı nəzərdən keçirir. O, digər məsələlərlə yanaşı, Vaşinqtonun bu münaqişəyə girməsinə qarşı çıxacağını istisna etmir.

DİGƏR XƏBƏRLƏR

Top