
“İran lideri Əli Xamenei İsrailin cənubundakı Soroka xəstəxanasının ballistik raketlə vurulması ilə bağlı müharibə cinayətinə görə cavab verəcək”.
Yeniavaz.com “The Times of İsrael” qəzetinə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“Qorxaq İran diktatoru möhkəmlənmiş bunkerin dərinliklərində oturur və qəsdən İsraildəki xəstəxanalara və yaşayış binalarına hücumlar təşkil edir”, - Katz qeyd edib.
“Bunlar ən ağır hərbi cinayətlərdir və Xamenei bu cinayətlərə görə cavab verəcək”, - o xəbərdarlıq edib.
İsrailin müdafiə naziri əlavə edib ki, o və Baş nazir Benyamin Netanyahu İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və ayətullah rejimini istiqrarsızlaşdırmaq üçün İsrail ordusuna İrandakı strateji hədəflərə, həmçinin Tehrandakı hökumət obyektlərinə zərbələri gücləndirməyi tapşırıblar.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu da sosial şəbəkə hesablarında hadisəyə münasibət bildirib.
“Bu səhər İranın terrorçu tiranları Beer-Şeva şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Tehrandakı tiranlar bunun cavabını verəcəklər”, - deyə Netanyahu yazıb.