
“Telegram”ın yaradıcısı Pavel Durov işi ilə bağlı risklərlə əlaqədar vəsiyyətnamə yazmağa məcbur olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə iş adamı Fransanın “Le Point” jurnalına müsahibəsində qetyd edib.
“Mən bu yaxınlarda vəsiyyətnaməmi yazdım. Qərara gəldim ki, övladlarım 30 ildən tez mənim sərvətimə çıxış əldə etməsinlər. İstəyirəm ki, onlar adi insanlar kimi yaşasınlar, öz həyatlarını qursunlar, özlərinə inanmağı öyrənsinlər və bank hesabından asılı yaşamasınlar”, - Durov bildirib.
Durov onu vəsiyyətnamə yazmağa vadar edən səbəblər arasında işi ilə bağlı risklərlə yanaşı, beyninin mirası olan “Telegram”ı qorumaq istəyini də ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Pavel Durov mobil telefondan istifadəni dayandırdığını bildirmişdi.