
İran daxilində və ölkə hüdudlarından kənarda uçuşlara qadağa iyunun 19-da Bakı vaxtı ilə saat 14:30-a qədər uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi respublikanın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavana istinadla məlumat yayıb.
Əvvəllər tətbiq edilən qadağa iyunun 19-u Bakı vaxtı ilə saat 02:30-dək qüvvədə olub.