İsrail ordusu üçüncü zərbə dalğasını elan etdi


İsrail Hərbi Hava Qüvvələri bir gündə İrana üçüncü zərbə dalğasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi sözçüsü briqada generalı Efi Defrin bildirib.
“Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və diqqəti İranın qərb hissəsinə yönəldib. Qırıcılar əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan yaraqlıları hədəfə alırlar”, - o deyib.
Generalın sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə mane olmaq niyyətindədir:
“Bizim onlara verdiyimiz mesaj aydındır: “Əgər siz regionda terror potensialınızı bərpa etməyə çalışsanız, hücuma məruz qalacaqsınız”. Biz sistematik olaraq İranın raket infrastrukturuna hücum edirik və bu zərbələr bizə müharibənin məqsədlərinə tam nail olana qədər əməliyyat azadlığına nail olmağa imkan verir”.
O əlavə edib ki, İsrail lazım bildiyi müddətə qədər bu zərbələri davam etdirmək niyyətindədir:
“Sizə xatırlatmaq istərdim: biz bu əməliyyatı ekzistensial təhlükəni aradan qaldırmaq üçün başlatdıq. İsrailin siyasi rəhbərliyi səviyyəsində müəyyən edilən tapşırığı yerinə yetirmək üçün lazım olan qədər hərəkət edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top