Dövrümüzün ən yaxşı sağ cinah müdafiəçisi kimdir?


İngiltərənin “FourFourTwo” portalı dünya futbolunun ən yaxşı sağ cinah müdafiəçilərinin reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, birinci yerdə “Paris Saint-Germain” futbolçusu Əşrəf Hakimi qərarlaşıb.
İkinci yeri bu yaxınlarda “Liverpul”dan “Real Madrid”ə keçidini tamamlayan Trent Aleksander-Arnold tutub. Üçüncü yeri Jül Kounde (“Barselona”) tutub.
İlk 10-luqda həmçinin Denzel Dumfris (“İnter Mayami”), Ceremi Frimponq (“Bayer”, “Liverpul”), Yurrien Timber (“Arsenal”), Valentino Livramento (“Nyukasl Yunayted”), Daniel Munos (“Kristal Pelas”), Covanni Di Lorenzo (“Napoli”) və Pedro Porro (“Tottenhem”) yer alıb.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə Hakimi bütün turnirlərdə 49 matçda 9 qol vurub və 14 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top