
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ona İran və İsrail arasında münaqişənin həllində vasitəçi olmağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Tramp Putinlə bu barədə ötən gün danışdığını deyib:
“O, doğrudan da vasitəçi olmağı təklif etdi. Dedim ki, mənə bir yaxşılıq et, özün üçün vasitəçi ol. Gəl əvvəlcə Rusiya məsələsini həll edək, yaxşı? Dedim ki, “Vladimir, gəlin əvvəlcə Rusiya məsələsini həll edək. Bunu daha sonra həll edərsiniz”.
Tramp Rusiya-Ukrayna müharibəsində hər şeyin yaxşılaşacağına və münaqişənin həll ediləcəyinə əminliyini ifadə edib. O, bir daha bəyan edib ki, əgər o, prezident olsaydı, müharibə başlamazdı.
Qeyd edək ki, Putinlə Tramp arasında ictimaiyyətə açıqlanan sonuncu söhbət şənbə günü, iyunun 14-də baş tutub. Kreml söhbətin ilk növbədə Yaxın Şərqə həsr olunduğunu bildirib. Putin söhbətdə İsrailin hərəkətlərini pisləyib, həmçinin Rusiyanın Qüds və Tehran arasında vasitəçi rolunu oynamağa hazır olmasından danışıb.