İlham Əliyev sabah Türkiyəyə gedir


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə rəhbəri Fahrettin Altun “X” sosial media platformasında bildirib.
O, səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcəyini qeyd edib.
Fahrettin Altun həmçinin zəlzələdən sonra iki qardaş ölkənin həmrəyliyini simvolizə edəcək mühüm açılışa da diqqət çəkib və prezidentlərin Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi” yaşayış kompleksinin açılışında iştirak edəcəklərini bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində cari regional, eləcə də ikitərəfli məsələlərin müzakirəsi də nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top