
“İran Hərbi Hava Qüvvələri İsrailə gecə hücumu zamanı İsrail səmasında nəzarəti təmin edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatına istinadən məlumat yayıb.
“Bugünkü raket hücumu göstərdi ki, biz işğal olunmuş ərazilərin (İsrail nəzərdə tutulur – red.) səmalarına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, - SEPAH-ın bəyanatında deyilir.
Üstünlüyün “Fateh” raketlərinin istifadəsi ilə əldə edildiyi vurğulanır.
Qeyd edək ki, daha əvvəl IDF-nin (İsrail Müdafiə Qüvvələri) mətbuat xidməti gecə ərzində İrandan iki dəfə hava hücumu edildiyini bəyan edib.