Əhmədinejadın nümayəndələri sui-qəsd xəbərini təkzib edirlər – Yenilənib


İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisinin ona qarşı sui-qəsd ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirdiyi deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, eks-prezidentin nümayəndələri siyasətçinin sui-qəsdin qurbanı olması barədə məlumatları qəti şəkildə təkzib ediblər.
Qeyd edək ki, sosial şəbəkələrdə iyunun 15-i sui-qəsd cəhdinin baş verdiyi bildirilir.
Bir və ya bir neçə sui-qəsd cəhdinin olması dəqiqləşdirilməyib.

***21:03
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın öldürüldüyü iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, Əhmədinejad ailə üzvləri ilə Tehranda küçədə olarkən açılan atəş nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Əhmədinejad 2005-2013-cü illərdə İranın altıncı prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top