
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərə deyib.
Simonyan səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacağını bildirib.
“Hesab edirəm ki, bu tarixi səfərdir. Çünki Ermənistan lideri ilk dəfədir ki, bu səviyyədə səfər həyata keçirəcək”, - Simonyan qeyd edib.
Parlament sədrinin sözlərinə görə, bu səfər həmçinin, hökumətin İran-İsrail gərginliyi ilə bağlı yaranan risklərin neytrallaşdırılmasına yönəlmiş addımlarından biri də saymaq olar.
Spiker səfərin təfərrüatları və proqramı barədə məlumat verməsə də, səfər çərçivəsində bütün regional məsələlərin müzakirə olunacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl “24News” agentliyi diplomatik mənbəyə istinadla Paşinyanın iyunun 20-də Ərdoğanla görüşmək üçün Ankaraya gedəcəyini xəbər vermişdi.