
Gədəbəyə yeni prokuror təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov isə müvafiq əmrlə Lerik rayon prokuroru təyin edilib.