
Bu ilin ilk 4 ayında Azərbaycandan Qırğızıstana 151, Türkiyəyə isə 27 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, Qırğızıstana ixrac edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 247 dollar (420 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə daha çox Qazaxıstana diri at ixrac edib. Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycandan Qazaxıstan 892, Özbəkistana 30, Türkiyəyə isə 20 baş ətlik diri at göndərilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə diri at ixracı 5,3 dəfə azalıb.
Onu da qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin may ayının əvvəlinə kimi 20 min 315 baş diri at satılıb.
İllər üzrə ixrac olunan diri atların sayı və qiyməti aşağıdakı kimi olub:

Murad Məmmədov