
ABŞ-nin digər ölkələrə tətbiq etdiyi sanksiyalar Vaşinqtona milyardlarla dollara başa gəlir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Mən bir ölkəyə sanksiya tətbiq edəndə, bu, ABŞ-yə milyardlarla dollara başa gəlir. Bu çox böyük puldur. Sanksiyalar o qədər də sadə deyil”, - o qeyd edib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, o, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəmir və Ukrayna ilə bağlı əldə olunan razılaşmalara nail olmağa ümid edir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanı danışıqlar masasına oturtmaq üçün Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirmişdi.