İran “Mossad”ın qərargahını vurdu – Video


İran raketləri İsrail kəşfiyyat xidməti “Mossad”ın Təl-Əviv yaxınlığındakı qərargahına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Digər tərəfdən, İran ordusunun quru qoşunlarının komandanı general-mayor Kiyumars Heydari yeni silahlardan istifadə etməklə İsrailə qarşı genişmiqyaslı hücumun başladığını elan edib.
Onun sözlərinə görə, yeni silahlardan istifadə etməklə başlayan hücumlar yaxın saatlarda daha da güclənəcək.
“Böyük dağıdıcı gücə malik olan yüzlərlə yüksək dəqiqliyə malik, uzaq mənzilli pilotsuz təyyarələr Təl-Əviv və Hayfa da daxil olmaqla, İsrailin silah anbarlarını və strateji hədəflərini uğurla vurublar”, - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top