
“Tehrana qaçaqmalçılıq yolu ilə raketlər daşıyan yük maşınlarının yerini müəyyənləşdirib onlara zərbələr endirik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi “X” hesabında dərc olunan məlumatda deyilir.
“Bu səhərdən etibarən (16 iyun – red.) Hərbi Hava Qüvvələri İsrail ordusunun hücumlarından xilas olmaq üçün İranın qərbindən Tehrana doğru hərəkət edən yer-hava raketləri daşıyan yük maşınları da daxil olmaqla, içərisində silah olan bir neçə yük maşını müəyyən edib.
Hərbi Hava Qüvvələri yük maşınlarına zərbələr endirib, silahları və atıcıları zərərsizləşdirib”, - məlumatda deyilir.
Qurum əməliyyatın kadrlarını da yayıb.
Həmin görüntüləri təqdim edirik: