
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazımi İsrailin İran ərazisinə endirdiyi zərbə nəticəsində öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə kəşfiyyat rəisi ilə yanaşı, onun müavini Həsən Mühəqqəq də öldürülüb.
Digər tərəfdən, SEPAH da korpusun kəşfiyyat rəisinin və müavininin öldürüldüyünü təsdiqləyib.
SEPAH həmçinin kəşfiyyat xidmətinin yüksək rütbəli komandiri Möhsün Baqirinin də öldürüldüyünü bildirib.
Məlumata görə, onlar İsrailin Kəşfiyyat Təşkilatının binasına təşkil etdiyi hücum nəticəsində dağıntılar altında qalıblar.