İsrailin zərbələri nəticəsində İranda 14 nüvə alimi həlak olub – “Reuters”


İsrailin İranın nüvə obyektlərinə endirdiyi son hücumlar nəticəsində azı 14 nüvə alimi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi etibarlı mənbələrə istinadən yayıb.
Agentliyin verdiyi xəbərə görə, həlak olan alimlərdən bəziləri minalanmış avtomobilin partlaması nəticəsində həyatını itirib.
İyunun 13-nə keçən gecə İsrail tərəfindən başladılan hərbi əməliyyat İranın nüvə proqramına yönəlib. Əməliyyatdan cəmi bir sutka sonra İran cavab tədbirləri görüb. Tərəflər arasında gərginlik sürətlə artıb və iyunun 14-dən 15-nə keçən gecə qarşılıqlı zərbələr bir daha təkrarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top