
Rusiya prezidenti Vladimir Putin ölkənin Əmək Qəhrəmanları və Dövlət Mükafatı laureatları ilə keçirdiyi görüş zamanı öz sağlamlıq vərdişləri və tibbi müayinələrə münasibəti barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, görüş zamanı çəkilən və "Kommersant" nəşrində yayımlanan qeyri-rəsmi görüntülərdən məlum olur ki, dövlət başçısı hər il planlı şəkildə tibbi müayinədən keçir.
Söhbət zamanı iştirakçılardan biri sağlamlığı avtomobilin texniki baxışı ilə müqayisə edərək, “hətta ən keyfiyyətli avtomobil də mütəmadi olaraq texniki baxışa ehtiyac duyur” deyib. Prezident Putin isə zarafatla cavab verib: “Biz mütəmadi olaraq texniki baxışdan keçirik! Hər il yoxlama. Mən tam iki günü buna həsr edirəm”.
Dövlət başçısı, həmçinin bir neçə il əvvəl görmə qabiliyyətində problemlərin yarandığını, lakin eynək taxmaqdan imtina etdiyini açıqlayıb. “Onları taxdım, başım fırlandı və başa düşdüm ki, indi çıxartmasam, ömrümün sonuna qədər geyinəcəyəm. İndi hər şey qaydasındadır. Mən problemsiz oxuya bilirəm”, – deyə Putin bildirib.
Qeyd edək ki, görüş və mükafatlandırma mərasimi 12 iyun – Rusiya Günü münasibətilə təşkil olunub. Həmin gün Əmək Qəhrəmanları və Dövlət Mükafatı sahibləri ənənəvi olaraq Kremlin qonağı olurlar.