
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com Nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
“Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir”, - məlumatda deyilir.